Mayk Pompeo İranın intiqam təhdidlərindən sonra ABŞ hökumətindən qorunmasını istəyib

Mayk Pompeo İranın intiqam təhdidlərindən sonra ABŞ hökumətindən qorunmasını istəyib

 “İran prezidenti deyir ki, ABŞ prezidenti və mən mühakimə edilməliyəm, əks təqdirdə terrora məruz qalacağıq. Bu həqiqətən də əvvəl belə olmayıb. İndi ABŞ-da siyasi administrasiya bu məsələdə (və təhlükəsizliyin təmin edilməsində) məsuliyyət daşıyırlar.”

SalamNews xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo bunu FoxNews-a müsahibəsində deyib.

Qasim Süleymaninin ildönümündə prezident İbrahim Rəisinin mühakimə və intiqamla bağlı təhdidlərinə münasibət bildirən Mayk Pompeo bu məsələnin nadir hadisə olduğunu bildirib və ABŞ administrasiyasından təhlükəsizliklərinin təmin edilməsini istəyib.

O, həmçinin bu müsahibədə mərhum Qasim Süleymaninin terrora məruz qoyulmasının doğru və qanuni olduğunu deyib, bundan sonra amerikalıların ölməməsi üçün sözügedən addımı zəruri hesab edib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =