Mazlum Abdi: Kürdlər Birləşmiş Suriya Gələcəyi Üçün Hazırdır

Mazlum Abdi: Kürdlər Birləşmiş Suriya Gələcəyi Üçün Hazırdır

Parisə aparan yol: YPG/SDF liderindən mühüm mesajlar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir;

Suriya Demokratik Qüvvələrinin (SDQ/YPG) rəhbəri Mazlum Abdi Birləşmiş Suriya vizyonunu dəstəklədiklərini açıqlayıb. O, ölkənin tək bayraq və tək ordu ilə idarə olunmasını məqsədəuyğun hesab etdiklərini bildirib.

“Martın 10-da əldə olunan razılaşmaya sadiqik, lakin onun icrası zaman tələb edir,” – deyə Abdi qeyd edib.

Abdi, Rəqqə, Həsəkə və Deyr əz-Zor şəhərlərində hökumət qurumlarının geri dönməsi üçün Dəməşqə rəsmi müraciət etdiklərini açıqlayıb. Eyni zamanda, Dəməşqin Kürd dili və mədəni hüquqlarını tanımağa hazır olduğunu bildirib.

“Biz Kürd dilinin Kürd bölgələrində ərəb dili ilə yanaşı rəsmi status almasını tələb edirik.”

Mazlum Abdi yaxın günlərdə Dəməşq nümayəndələri ilə birlikdə Parisdə keçiriləcək toplantıda iştirak edəcəyini də təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =