MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.

“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Şuranın Səmərqənddə keçirilən geniş tərkibli iclasında məlumat verib.

“Məhdud tərkibdə keçirilən görüşdə növbəti iclasın 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb”, – Lebedev bildirib.

Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eight =