Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilib

Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilib

Meksikanın Xarici İşlər Nazirliyində keçirilişmiş Meksika-Azərbaycan Siyasi Məsləhətləşmələrin Üçüncü Toplantısına Meksikanın Xarici İşlər nazirinin müavini, səfir Karmen Moreno Toskano və Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Elnur Məmmədov həmsədrlik ediblər.

APA Meksika səfirliyinə istinadən xəbər verir ki, 2022-ci ildə diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd olunması çərçivəsində, görüş əsnasında hər iki ölkə arasında siyasi dialoq səviyyəsinin artırılması mümkün olub. Həmsədrlər ikitərəfli əlaqələrin intensivliyinin artırılmasına dair öhdəlikləri bəyan ediblər. Nazir müavini Karmen Moreno Toskano, fürsətdən istifadə edərək, meksikalı pilot Serxio “Çeko” Peresin qalib gəldiyi Bakı şəhərində Formula 1 Azərbaycan Qran-Prisinin uğurlu keçirilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

Danışıqlar zamanı siyasi və iqtisadi əlaqələri intensivləşdirmək zəruriyyətinə toxunuldu. Aqrosənaye sektoru daxil olmaqla, müxtəlif sahələrdə ticarət və sərmayələrə təkan vermək üçün böyük potencial mövcuddur. Kiçik və orta biznes xüsusi vurğulanaraq, hər iki ölkənin özəl sektorları arasında əlaqələrinin təşviqinin vacibliyi qeyd olundu. 2017-ci ildə imzalanmış saziş çərçivəsində hər iki ölkə arasında elm, texnologiya, incəsənət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək üçün təhsil və akademik mübadilələrə dair öhdəliklər təsdiqlənib.

Tərəflər müxtəlif regional məsələlər və enerji təhlükəsizliyi haqda perspektivlərlə bölüşdü. Beynəlxalq hüquq prinsipləri əsasında münaqişələrin sülh yolu ilə həll olunması, həmçinin, dialoq, danışıqlar, vasitəçilik və mübahisələrin həlli üçün digər vasitələrin vacibliyinə dair Meksikanın mövqeyi bir daha ifadə olunub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + nine =