Meksikada avtomobil qəzası nəticəsində 7 nəfər ölüb
Meksikanın qərbindəki Miçoakan ştatında bir neçə avtomobilin toqquşması nəticəsində azı 7 nəfər həlak olub.
APA-nın məlumatına görə, bu barədə rayonun ictimai təhlükəsizlik idarəsi “Twitter“ səhifəsində məlumat yayıb.
“İlkin məlumatlara görə, 7 nəfər həlak olub, 10 nəfər yaralanıb”, – deyə paylaşımda qeyd olunub.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları xəsarət alanlara ilkin tibbi yardım göstəriblər.
Toqquşmaya tavtomobillərdən birinin əyləc sisteminin sıradan çıxması səbəb olub.
Apa.az