Meksikada güclü zəlzələ olub, ölən var

Meksikada güclü zəlzələ olub, ölən var

Meksikanın qərbindəki Miçoakan ştatında baş verən 7,7 bal gücündə zəlzələ zamanı 1 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidmət bildirib.

“Miçoakan ştatında Koalkoman şəhərindən 63 km cənubda 7,7 bal gücündə zəlzələ baş verib”, – xəbərdə qeyd edilir. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar ölkənin cənub, qərb və mərkəzi hissələrində bir sıra bölgələrdə, o cümlədən Herrero, Miçoakan, Oaxaka və Xalisko ştatlarında hiss olunub. Dəymiş maddi ziyanın ümumi məbləği barədə məlumat hələlik dərc edilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + seven =