Meksikada neft emalı zavodunda yanğın baş verib

Meksikada neft emalı zavodunda yanğın baş verib

Meksikanın Oaxaka ştatının Salina Kruz şəhərindəki neft emalı zavodunda yanğın baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oaxaca Dövlət Mülki Müdafiə Koordinasiya Xidməti tviterdə məlumat yayıb.

Zavodun məxsus olduğu “Pemex” neft və qaz şirkəti vəziyyətlə bağlı rəsmi açıqlama verməyib.

Yanğın baş verən obyekt sutkada 360 min barel istehsal gücü ilə ölkənin ən böyük neft emalı zavodudur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + eleven =