Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı 48-ə çatıb
Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı artıb.
Təbiət hadisəsi 48 nəfərin həyatına son qoyub.
Altı nəfər itkin düşmüş hesab olunur.
500 mindən çox insan elektrik enerjisiz qalıb.
Bölgədə qasırğanın nəticələrinin aradan qaldırılması işlərinə 8500-ə yaxın hərbi qulluqçu və enerji şirkətlərinin 1300 əməkdaşı cəlb olunub.
“Otis” qasırğası oktyabrın 25-nə keçən gecə Akapulko şəhərini vurub.