Meksikada partlayışa görə 1500 nəfər təxliyə olunub
Meksikanın “Pemex” şirkətinə məxsus qaz kəmərində partlayışa görə 1500 nəfər təxliyə olunub
APA-nın xəbərinə görə, bu barədə “El Milenio” saytı məlumat verib.
Yerli hakimiyyət nümayəndləri bildirir ki, partlayış zamanı 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yanğının söndürülməsinə çox sayda qüvvə və texnika cəlb olunub.
İlkin ehtimala görə, qəzaya qaz kmərinə qanunsuz müdaxilə səbəb olub.
Apa.az