Meksikada qaz kəmərinin partlaması nəticəsində 7 nəfər xəsarət alıb
Meksikada “Pemex” neft-qaz şirkətinin boru kəmərində baş vermiş güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Meksikanın “Milenio” qəzeti məlumat yayıb.
Qəzet qaz kəmərinin şəxsi təsərrüfat sahəsində partladığını yazır. Partlayışdan sonra alov sütunu 20 metrə çatıb. Hadisə yerində neft-qaz şirkətinin mütəxəssisləri, xilasedicilər, yanğınsöndürənlər və Təhlükəsizlik Nazirliyinin əməkdaşları işləyir.
Yaxınlıqdakı evlərin sakinləri üçün müvəqqəti sığınacaq təşkil edilib.
Apa.az