Meksikada yüzlərlə quş sirli şəkildə yerə çırpıldı! (Video İzlə)

Meksikada yüzlərlə quş sirli şəkildə yerə çırpıldı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Meksikanın Chihuahua şəhərində qeyri-adi və sirli hadisə baş verib. Yüzlərlə quş naməlum səbəbdən qəfil şəkildə yerə çırpılıb və onların əksəriyyəti ölü vəziyyətdə tapılıb.

Hadisə yerindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Mütəxəssislər quşların bu şəkildə yerə düşməsini iqlim dəyişiklikləri, hava çirkliyi və ya elektromaqnit təsirlər kimi müxtəlif faktorlarla əlaqələndirirlər.

Hazırda yerli ekoloqlar və heyvan sağlamlığı üzrə mütəxəssislər araşdırmalara başlayıblar.

Bu sirli hadisə, təbiətdə baş verən anormal dəyişikliklərin yeni bir nümunəsi kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =