Meksikanın keçmiş təhlükəsizlik naziri ABŞ-da narkotik alverində təqsirləndirilir

Meksikanın keçmiş təhlükəsizlik naziri ABŞ-da narkotik alverində təqsirləndirilir

Çərşənbə axşamı ABŞ məhkəməsi Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri Genaro Lunanı beş maddə üzrə təqsirli bilib.

APA-nın xəbərinə görə, bu barədə “MVS Noticias” radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, ittihamın üç maddəsi narkotik qaçaqmalçılığı, qalanları isə mütəşəkkil cinayətkar fəaliyyətdə iştirak və yalan ifadə vermə ilə bağlıdır. Latın Amerikası ölkəsinin hüquq-mühafizə orqanının keçmiş rəhbərinə qarşı hökmün iyunun əvvəlində çıxarılacağı gözlənilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − sixteen =