Merkel Almaniya kansleri olaraq son dəfə İngiltərəyə səfər edəcək
Almaniya kansleri Angela Merkel bu gün İngiltərəyə son işgüzar səfərini edəcək, səfər zamanı o Baş nazir Boris Conson ilə görüşəcək.
Bu barədə Birləşmiş Krallığın hökumət başçısının ofisinin bəyanatında deyilir.
Qeyd olunur ki, siyasətçilərin görüşü London yaxınlığındakı Conson-Çekers iqamətgahında keçiriləcək. 2005-ci ildən bəri kansler postunda Merkel 22-ci dəfə İngiltərəyə səfər edəcək.
Onun səlahiyyət müddəti başa çatır. 26 sentyabrda Almaniyada parlament seçkiləri keçiriləcək, lakin mövcud kansler namizədliyini yenidən irəli sürməyəcəyini açıqlayıb.
Salamnews