Merkel Almaniya kansleri qismində sonuncu dəfə Böyük Britaniyanı ziyarət edib

Merkel Almaniya kansleri qismində sonuncu dəfə Böyük Britaniyanı ziyarət edib

Böyük Britaniyanın baş naziri Boris Conson və Almaniya kansleri Angela Merkel cümə günü təkbətək görüş zamanı NATO qoşunlarının Əfqanıstandan çıxarılması məsələsini müzakirə ediblər. 

Britaniya höküməti dəftərxanasının yaydığı məlumatda belə deyilir. 

“Baş nazir və kansler Rusiyanın bədnam fəaliyyəti və NATO qoşunlarının Əfqanıstandan çıxarılması kimi bir sıra xarici siyasət məsələlərini müzakirə ediblər. Onlar, Birləşmiş Krallıq və Almaniya xarici işlər nazirlərinin bu həftə imzaladıqları xarici siyasət üzrə Birgə bəyannaməni alqışlamış, həmçinin sənədin bu istiqamətdəki ikitərəfli Britaniya-Almaniya əməkdaşlığının möhkəmləndirilməsinə təkan verəcəyinə inandıqlarını bildirmişlər”, – deyə bəyanatda qeyd edilir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 11 =