Merkel: “Putinin xəbərdarlığını ciddi qəbul etməliyik”
Publika.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel belə hesab edir.
“Süddeutsche Zeitung” yazır ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Vladimir Putinin sözlərini ciddi qəbul etmək lazım olduğunu bildirib.
“Sözləri ciddiyə almaq, onları rədd etməmək, bunun blef olduğunu düşünmək heç bir halda zəiflik və ya razılaşma əlaməti deyil, bu, siyasi müdrikliyin əlamətidir”, – deyə Merkel bildirib.
“Merkel açıq şəkildə dedi ki, o, bu sözləri deyərkən Rusiya Prezidentinin nüvə silahı ilə bağlı bəyanatlarına istinad edir”, – deyə qəzet yazır.
Rusiyada qismən səfərbərlik elan edən V.Putin Qərbi nüvə şantajında ittiham edib. “Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlar bilməlidirlər ki, külək onların istiqamətinə dönə bilər”, – deyə o xəbərdarlıq edib. Rusiya Prezidenti vurğulayıb ki, Moskva xalqı qorumaq üçün bütün vasitələrdən istifadə edir və bu, blef deyil.
Publika.az