Merkel xələfinə Rusiya ilə dialoqu davam etdirməyi tövsiyə edib

Merkel xələfinə Rusiya ilə dialoqu davam etdirməyi tövsiyə edib

Almaniya kansleri Angela Merkel bildirib ki, hökumət başçısı postunu tutacaq xələfinə Almaniyanın dəyərləri və maraqları nəzərə alınaraq Rusiya ilə dialoqu davam etdirməyi məsləhət görərdi.

Bu barədə “TASS” məlumat yayıb. 

“Hər bir ölkə ilə həmişə dəyərlərimizə və maraqlarımıza əsaslanan danışıqlar aparırıq. Düşünürəm ki, həmişə Rusiya ilə dialoqun davam etdirilməsində maraqlı olmalıyıq”, Merkel Berlindəki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Rusiyada QHT-lərin işinə qoyulan məhdudiyyətləri təəssüf hissi ilə qarşıladığını qeyd edib.

“Mənim fikrimcə bu Almaniya-Rusiya münasibətlərinə ciddi zərbədir. Ancaq [bu] mənim Rusiya prezidenti ilə danışmaqdan imtina etməyimlə nəticələnməyəcək”, o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =