Merkeldən etiraf – Gec reaksiya verdik

Publika.az xəbər verir ki, Merkel müsahibəsində Rusiya -Ukrayna müharibəsi və Almaniyanın müdafiə xərclərini artırması ilə bağlı qiymətləndirmələr aparıb.
2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyanın “Böyük səkkizlik”dən çıxarıldığını xatırladan Merkel, “Rusiyanın təcavüzünə daha tez reaksiya verməliydik” deyib.
NATO-nun “ÜDM (ümumi daxili məhsul)-in 2%-nin müdafiə xərclərinə ayrılması” hədəfinin Almaniya hökumətinin proqramında yer aldığını bildirən Merkel, artıma baxmayaraq Almaniyanın 2%-lik hədəfə çata bilmədiyini bildirib.
Merkel 2015-ci ildə Minskdə Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasını bir daha müdafiə edərək, “Bu, məhz belə bir müharibənin (Rusiyanın Ukraynaya qarşı müharibəsi) qarşısını almaq cəhdi idi” deyib.
Merkel Rusiya-Ukrayna müharibəsinin necə sona çatacağı sualına “Müharibələr danışıqlar masası arxasında bitir” cavabını verib.
Publika.az