Messi qızıl butsla oynayacaq

Publika.az xəbər verir ki, bu barədə ESPN FC “Tvitter” səhifəsində məlumat yayıb.
Ayaqqabılarda stilizə edilmiş “10” rəqəmi, eləcə də qızılı zərli səth nəzərə çarpır ki, bu da Yaxın Şərq dövləti üçün kifayət qədər uyğun bir simvoldur.
Məşhur argentinalı üçün “Adidias”ın hazırladığı qızıl buts modeli “The Adidas X Messi 2022 World Cup Speedportal” adlanır. Argentina yığması DÇ-2022-də Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə C qrupunda mübarizə aparacaq.
Publika.az