Messinin adı “Qızıl top”a iddialı ilk 15-liyə salınmadı

Messinin adı “Qızıl top”a iddialı ilk 15-liyə salınmadı

Publika.az bu barədə “Goal.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, bu, “parislilər”in Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”ə uduzması ilə bağlı baş verib.

Siyahıda birinci yerdə “Bavariya”nın futbolçusu Robert Levandovskinin, ikinci yerdə “Real”ın futbolçusu Kərim Benzema, üçüncü yerdə isə “Liverpul”un hücumçusu Məhəmməd Salahın adları yer alıb.

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun adı 16-cı yerdədir.

PSJ Lionel Messi ilə 10 avqust 2021-ci ildə müqavilə imzalayıb. O, ötən mövsüm “Barselona”nın heyətində La Liqada 35 oyuna çıxıb, 30 qol vurub və 9 məhsuldar ötürmə edib. Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə Amerika Kubokunun qalibi olub.

Messi bu mövsüm Fransa çempionatında 18 oyuna çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =