“Meta” şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıb
![“Meta” şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıb](https://sizinyol.org/wp-content/uploads/2021/12/7-5.jpg)
“Meta Platforms” şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.
Məlumatda qeyd olunub ki, İnternet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:
“Bu zərərli fəaliyyətlərin qurbanı olduğuna hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik”.
Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.
Trend.az