Migel Dias-Kaneli yenidən Kubanın prezidenti seçilib

Migel Dias-Kaneli yenidən Kubanın prezidenti seçilib

Kuba Xalq Hakimiyyətinin Milli Assambleyası Migel Dias-Kanel Bermudesi yenidən prezident seçib.

APA xəbər verir ki, bu barədə parlamentin iclasında qərar qəbul olunub.

O, 2028-ci ilə qədər prezident vəzifəsində qalacaq.

İclasda iştirak edən 462 deputatdan 459-u adıçəkilən siyasətçinin lehinə səs verib.

Hazırkı vitse-prezident Salvador Valdes Mesa da yenidən Kubanın vitse-prezidenti seçilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + seven =