Millət vəkilindən hökumətə təklif: “Qazı, işığı, suyu havayı edin”

Millət vəkilindən hökumətə təklif: “Qazı, işığı, suyu havayı edin”

44 günlük Vətən müharibəsindən sonra biz mağmın deyil, şərəfli, qürurla Azərbaycan vətəndaşı olduğumuzu sübut etdik. 

“Ölkə. Az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən  plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, büdcə zərfinin elektron deyil, deputatlara gələcəkdə yenə də kağız, kitab formasında verilməsi yaxşı olardı: “Dünən Mərkəzi Bankın sədri deyir ki, büdcə kəsrindən narahatıq. Biz daha çox narahatıq. Keçən il qarşıdakı 3 il üçün hərbi büdcənin artırılması nəzərdə tutulmuşdu, mən o vaxt buna etiraz etmişdim. Yaxşı ki, bu il Prezidentin müdaxiləsi ilə hərbi büdcə yenə artırılıb. Ancaq bu ilin büdcəsi keçən il təsdiqlədiyimiz proqnozlarla üst-üstə düşmür”. İqtisadiyyatın neftdən aslılığını tənqid edən T. Kərimli qeyd edib ki,  gəlin o zaman  sovetlər dövründə olduğu kimi qazı, işığı, suyu havayı edin: “ O zaman qaz, işiq çox ucuz idi və hamının evində işıq, qaz yanırdı. Amma indi insanlar bir balaca otağa yığılır, işığı da tez keçirir. Belə olanda biz hansı uğurdan danışa bilərik?! Heç olmasa  şəhid ailələrinə və  qazilərə işıq, qaz pulunu hökümət öz üzərinə götürsün. Qoy yerli icra  hakimiyyəti orqanları, məmurlar,  icra nümayəndələri, bələldiyyələr hansısa formada bunu ödəməlidirlər, bunun bir yolu tapılmalıdır. Məmurlar özlərini yox, Vətəni, xalqı düşünməlidirlər”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 7 =