Miller Qəzzədə mülki şəxslərin öldürülməsi ilə bağlı səhvə yol verdi
Sionist rejimin Qəzzada bir məktəbdə törətdiyi və 40-dan çox mülki fələstinlinin şəhadətinə səbəb olan son cinayətlə bağlı tənqid dalğası davam edərkən, ABŞ Dövlət Departamentinin sözçüsü bu hücuma cavab olaraq bağışlanmaz səhvə yol verib.
Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzzada Əl-Nəsirat düşərgəsindəki məktəbdə fələstinlilərin öldürülməsi ilə bağlı İsrail rejiminin mülki insanları hədəfə almaq hüququna malik olduğunu bildirib.
Mütəxəssislər bildiriblər ki, o, bu məktəbdə Həmas döyüşçülərinin olması ilə bağlı saxta sionist iddiasını təsdiqləmək niyyətindədir.
Miller bildirib ki, Təl-Əvivin iddiaları doğrudursa, bu, HƏMAS-ın əməliyyatçılarının orada gizləndiyi anlamına gəlir, ona görə də onlar qanuni hədəf hesab olunur.