Millimiz Belarus yığmasını məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Yığma Belarus seçməsi ilə üz-üzə gəlib.
Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib – 2:1.
Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar