Millimizin UEFA Millətlər Liqasında qarşılacağı rəqibləri məlum olub

Millimizin UEFA Millətlər Liqasında qarşılacağı rəqibləri məlum olub

UEFA Millətlər Liqasının 2022/23 mövsumündə keçiriləcək qrup mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatma mərasimi Nyon şəhərində keçirilib.

Məlumata əsasən, hazırkı Avropa çempionu İtaliya millisi A divizionunun 3-cü qrupunda İngiltərə, Almaniya və Macarıstan komandaları ilə qarşılaşacaq.

Birinci qrupa Fransa, Danimarka, Xorvatiya və Avstriya, ikinci – İspaniya, Portuqaliya, İsveçrə və Çexiya, dördüncü qrupa isə Belçika, Hollandiya, Polşa və Uels yığmaları düşüblər.

Azərbaycan milliisi C divizionun 3-cü qrupunda Belarus, Slovakia və Qazaxıstan/Moldova cütünün qalibləri ilə qarşılaşacaq.

Qrup mərhələsinin oyunları 2022-ci ilin iyun və sentyabr aylarında keçiriləcək.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 14 =