Mingəçevirdə həyətləri su basdı: Xəsarət alan var

Mingəçevirdə həyətləri su basdı: Xəsarət alan var

Publika.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.

Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.

Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.

Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − thirteen =