Minlərlə fransız qadın polis rəftarından şikayət etdi

Minlərlə fransız qadın polis rəftarından şikayət etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cinsi təcavüz qurbanı olan minlərlə Fransız qadın onlayn kampaniyada, Fransız polisinin istismarını qınayıb.

IBS News saytının məlumatına görə, fransalı qadınlar şikayət etmək üçün polisə gedərkən polis tərəfindən pis rəftara məruz qaldıqlarını və ya şikayətlərinə qarşı laqeyd yanaşıldığnı bildiriblər.

Qadınlardan birinin sözlərinə görə, o, cinsi zorakılıq ilə bağlı şikayət etmək üçün polisə müraciət edən zaman müstəntiq ondan necə geyindiyini soruşub.

Bu kampaniya ötən ay “İkili hökm” həştəqi geniş şəkildə yayıldıqdan sonra başlayıb. Bu həştəq müxtəlif istifadəçilər tərəfindən tez bir zamanda istifadə edildi və bir çox qadın polis bölmələrinə müraciət və məmurların rəftarları ilə bağlı təcrübələrini paylaşdılar.

Digər tərəfdən, Fransanın “Hamımız” adlı insan haqları qrupu kiberməkanda yerləşdirilən mesajlardan ən azı 30.000 belə sui-istifadə faktını qeydə almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =