Minlərlə London sakini məzlum Fələstin xalqına dəstək nümayişi keçirdi

Minlərlə London sakini məzlum Fələstin xalqına dəstək nümayişi keçirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü minlərlə London sakini Fələstin xalqına dəstək və İsrail ordusunun hücumlarını pisləmək üçün nümayiş keçirmişlər

“Sky News” veb saytının verdiyi məlumata görə, nümayiş iştirakçıları Londonun “Hayd Park” ərazisinə toplaşaraq sionistlərin Fələstin xalqına qarşı vəhşiliyinə və zorakılığına son qoyulması üçün İngiltərə hökumətinin təcili addımlar atmasını tələb ediblər.

Bir neçə saat sonra bu böyük izdiham ” Fələstini azad edin! ” şüarları səsləndirərək “Hayd Park”-dan Londondakı İsrail səfirliyinə qədər yürüş keçirmişlər.

Leyboristlər Partiyasının sabiq lideri Ceremi Korbin da daxil olmaqla İngiltərə parlamentindəki bir sıra leyborist millət vəkillərinin bu səfirliyin qarşısında çıxış etdiyi deyilir.

Şənbə günü Londonda keçirilən bu nümayiş “Fələstinlə Həmrəylik Kampaniyası”, “Əl-Əqsa Dostları”, “İngiltərə fələstinlilərinin dərnəyi”, “Müharibə koalisiyasını durdurun” və “Nüvə Silahsızlaşdırma Kampaniyası” kimi qruplar tərəfindən təşkil edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − six =