Minlərlə nümayişçi küçələrdə – Erkən seçki tələbi

Minlərlə nümayişçi küçələrdə – Erkən seçki tələbi

Publika.az xəbər verir ki, Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Monteneqro Sosialist Demokrat Partiyasının tərəfdarları olan aksiya iştirakçıları ölkə prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinə etiraz ediblər. Nümayişçilər “Biz Monteneqro və Avropa İttifaqı üçün buradayıq”, “Seçkilərin keçirilməsini istəyirik” yazılmış plakatlar açıb, “Biz konstitusiyanı pozmuruq, seçki istəyirik” kimi şüarlar səsləndiriblər.

Ölkədə növbədənkənar seçki tələbi ilə başladılan petisiyaya indiyədək 30 minə yaxın vətəndaş dəstək verib.

Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.

(azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 12 =