Minlərlə yəmənli Qurani-Kərimin təhqir olunmasına etiraz nümayişi keçirib – Video

Minlərlə yəmənli Qurani-Kərimin təhqir olunmasına etiraz nümayişi keçirib – Video

Minlərlə yəmənli İsveçdə Qurani-Kərimin təhqir olunmasını pisləyən nümayiş keçirib.

Yəmənin Səədə əyalətində minlərlə insan bu gün (bazar ertəsi) İsveçdə Qurani-Kərimin təhqir olunmasını pisləmək üçün küçələrə çıxıb.

“Əl-Məsirə” kanalının xəbərinə görə, yəmənli nümayişçilər şənbə günü İsveçdə baş verənlərə qəzəblərini ifadə edərkən, bəzi ərəb və İslam hökumətlərinin bu cinayətlə bağlı sükutunu pisləyiblər.

Bu nümayişdə iştirak edənlər “Qəzəb, qəzəb, qəzəb… ”, Quranın köməkçiləri var, zalım rüsvay olacaq”, “Ayələri yandıranlar sionist və amerikalıdır”, “Qurani yandırmaq təcavüzdür”, “Quran Allahın kitabıdır”, “Allahın düşmənləri Quranı yandırdılar”, “Müsəlmanlar, birləşin, düşmənlərin hiyləsindən qorxmayın” kimi şüarlar səsləndiriblər.

Bu xəbərə görə, Səədə əyalətinin meri Məhəmməd Cabir İvəz nümayişdəki çıxışı zamanı İsveç polisinin təhlükəsizlik tədbirləri altında Qurani-Kərimin təhqir olunmasını pisləyib və eyni zamanda, bu əməlin silsilə anti-islam aksiyalarının davamı olduğuna diqqət çəkib.

Səədə qubernatoru daha sonra İsveç hökumətini bu rüsvayçı cinayətin nəticələrinə görə məsuliyyətli hesab edib və müsəlmanları və dünyanın azad insanlarını bu hərəkəti rədd etmək üçün küçələrə çıxmağa və Qurani-Kərimə hörmətsizliyə görə onlara sərt cavab verməyə çağırıb.

Məhəmməd Cabir İvəz İsveçdə bu hərəkətlə bağlı araşdırma aparılmasını tələb edib və Qurani-Kərimin yandırılmasının həyasız bir hücum və Qərbin anti-İslam addımlarına uyğun olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − fourteen =