Miqati sabah Dəməşqə gedir

Miqati sabah Dəməşqə gedir

Livanın baş naziri Nəcib Mikati sabah Dəməşqə rəsmi səfər edəcək. Səfər HTŞ rejiminin lideri Əbu Məhəmməd əl-Colaninin dəvəti ilə həyata keçirilir.

Livanın müvəqqəti baş naziri Nəcib Mikati sabah Dəməşqə rəsmi səfər edəcək.

Səfər xəbəri Livan prezidenti Jozef Aun andiçmə mərasimindəki çıxışında Suriya ilə “ciddi və bərabər şərtlərdə dialoqa başlamağa” çağırışından sonra elan edilib. Aun çıxışında “itkin düşənlər və suriyalı qaçqınlar” mövzusunu xüsusilə vurğuladı.

AFP agentliyinin sitat gətirdiyi kimi, baş nazirlikdən verilən açıqlamada, Mikatinin səfəri ilə bağlı belə deyilir: “Bu səfər Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şaraa tərəfindən edilən dəvətin əksidir. “

Yanvarın 3-də Mikati ilə Heyət Təhrir əl-Şam (HTŞ) rejiminin lideri Əbu Məhəmməd əl-Colani arasında telefon danışığı daha əvvəl olub.

Bu görüş Livan ordusu ilə Suriya silahlı qruplaşmaları arasında Livan-Suriya sərhədində baş verən qarşıdurmadan sonra Suriyanın Livan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoymasından sonra keçirilib.

Colani görüşdə sərhəddə sülhün bərpası və bənzər hadisələrin təkrarlanmaması üçün lazımi addımların atılacağını bildirərək, ümumi məsələləri müzakirə etmək üçün Mikatini Dəməşqə dəvət edib.

Mikatinin səfəri dekabrın 8-də Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Livan rəsmisinin ilk rəsmi təması olacaq. Bundan əvvəl, dekabrın 22-də keçmiş deputat Velid Canbolat Suriyaya səfər etmişdi.

Mikatinin səfəri zamanı iki ölkə arasında mühüm məsələlərin müzakirə olunacağı gözlənilir. Xüsusilə, itkin düşənlər və suriyalı qaçqınlar, sərhəd təhlükəsizliyi və ikitərəfli ticarət kimi məsələlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =