Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb, 78 nəfər ölüb

Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb, 78 nəfər ölüb

Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb.

APAReuters“ə istinadən xəbər verir ki, Şimali Afrikadan Avropaya miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində, sahildən təxminən 75 km aralıda batıb.

Yunanıstan rəsmilərinin məlumatına görə, ən azı 78 ölü var. Hazırda xilasetmə əməliyyatı davam edir və Yunanıstan hakimiyyəti 104 nəfəri sudan xilas edib.

Rəsmi mənbə “Reuters” agentliyinə bildirib ki, qurbanların sayı arta bilər. Bu, Yunanıstan sularında bu ilin ən dəhşətli qəzasıdır.
Yunanıstan rəsmilərinin məlumatına görə, sərnişinlərin əksəriyyəti Əfqanıstan, Misir, Suriya və Pakistandan olan kişilər olub. Xilas edilənlər Kalamata şəhərinə aparılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi AFP-yə bildirib ki, qayıqda 400-ə qədər sərnişinin olması ehtimalı var. Qayığın Liviyadan İtaliyaya doğru getdiyi bildirilir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen baş verən faciəyə münasibət bildirib.

“Yunanıstan sahillərində gəminin qəzaya uğraması və çox sayda ölümün olması xəbəri bizi dərindən kədərləndirdi. İtkin düşənlərin sayının çox olmasından narahatıq. Biz, bu cür faciələrin qarşısını almaq üçün üzv dövlətlər və 3-cü ölkələrlə birgə işləməyə davam etməliyik”, Ursula von der Leyen “Twitter“də bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 17 =