Mirzoyan Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mirzoyan Aİ rəsmisi ilə Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib.
Görüşdə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də müzakirə olunub.