Misir də ərizə verdi: Bu alyansa qoşulur
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko məlumat verib.
“Misir BRİKS qrupuna qoşulmaq üçün müraciət edib. Çünki BRİKS-in hazırda məşğul olduğu təşəbbüslərdən biri ticarətin alternativ valyutalara maksimum transferi, istər milli, istərsə də hansısa birgə valyutanın yaradılmasıdır. Misir bunda çox maraqlıdır”, – TASS diplomatın sözlərini sitat gətirib.
BRİKS-in sammiti avqustda Cənubi Afrikada keçiriləcək. Alyansa Braziliya, Hindistan, Çin, Rusiya və Cənubi Afrika daxildir.
Publika.az