Misir Fransadan 30 ədəd qırıcı təyyarə alır
Misir Fransadan 30 ədəd “Rafale” hərbi təyyarə alacağını bildirib.
Bu barədə Misirin Müdafiə Nazirliyi bəyanat verib.
Bildirilib ki, Misir Fransa ilə 30 ədəd “Rafale” hərbi təyyarələrinin satın alınması üçün müqavilə imzalayıb.
Əlavə edilib ki, məbləğin ödənilməsi 10 il ərzində həyata keçiriləcək.
Bu müqavilənin dəyərinin 4.5 milyard dollar olduğu bildirib.
Qeyd edək ki, Misir və Fransa 2015-ci ildə də 24 “Rafale” hərbi təyyarəsinin satın alınması ilə bağlı müqavilə imzalamışdılar.
SalamNews