Misir İsveçdə Quranın təhqir olunmasını pisləyib

Misir İsveçdə Quranın təhqir olunmasını pisləyib

Misir Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin təkrar təhqir olunmasını qətiyyətlə pisləyib.

Misir Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin təhqir edilməsini pisləyib və günahkarların cəzalandırılmasını tələb edib.

Cümə axşamı, iyulun 20-si günorta saatlarında İsveçdə Quran yandıran şəxs son bir neçə həftə ərzində ikinci dəfə bu ölkə polisinin yaşıl işığında və Stokholmda anti-İslam mitinqinə icazə aldıqdan sonra Qurani-Kərimi təhqir edib.

İsveç polisinin dəstəyi ilə İraq əsilli İsveç vətəndaşı “Salvan Momika” növbəti dəfə Qurani-Kərimi təhqir edib və İraq bayrağını yandırıb.

İsveç polisi çərşənbə günü (19 iyul) İraqın Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə icazə verdiyini açıqlayıb. Bu arada bəzi KİV-lər belə yazıblar: Bu etiraz aksiyasının təşkilatçıları müsəlmanların müqəddəs kitablarını yenidən yandırmaq niyyətindədirlər.

Əl-Məyadin kanalının məlumatına görə, Misir Xarici İşlər Nazirliyi bir bəyanatda vurğulayıb ki, hökumətlər bu cinayətlərlə məşğul olmaq və onların təkrarlanmasının qarşısını almaq və günahkarları cəzalandırmaq üçün öz öhdəliklərini yerinə yetirməlidirlər.

Bəyanatda deyilir: “Misir Xarici İşlər Nazirliyi ekstremist şəxsə Qurani-Kərimi dəfələrlə təhqir etməyə icazə verən İsveç hakimiyyətinin hərəkətini qətiyyətlə pisləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 6 =