Misir prezidenti Qəzza bölgəsində atəşkəslə bağlı nikbin proqnoz verib

Misir prezidenti Qəzza bölgəsində atəşkəslə bağlı nikbin proqnoz verib

“Qəzza bölgəsində atəşkəslə bağlı vasitəçilik səyləri müsbət istiqamətdə cərəyan edir…”

“Sövdələşməyə görə, Qəzzada atəşkəs rejiminin tətbiqi, girovların bir hissəsi və İsrail həbsxanasında olan minədək məhbusun mübadiləsi, daha sonra daimi atəşkəs haqqında razılıq nəzərdə tutulur…”

Misir prezidenti Əbdül Fəttah Əs-Sisi “maksimum yaxın bir neçə gün ərzində” Qəzza bölgəsində döyüş əməliyyatlarının dayandırılacağına ümid edir.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

“Biz Qəzza bölgəsində atəşkəs haqqında, yəni barışıq, daha çox yardım göstərilməsi, habelə Qəzza bölgəsinin mərkəzi və cənub hissəsində insanların şimala dönməsinə imkan verməkdən gedir”, – o, deyib.

Onun sözlərinə görə, heç bir hadisə “vəziyyəti indi olduğundan daha pisləşdirə bilməz”.

Telekanala daha bir nikbin proqnoz adı çəkilməyən “diplomatik mənbə” verib və qeyd edib ki, “Qəzza bölgəsində atəşkəslə bağlı vasitəçilik səyləri müsbət istiqamətdə davam edir, lakin hələlik məqsədə nail olunmayıb”.

Bu ərəfədə isə HƏMAS bir qrup beynəlxalq vasitəçilər tərəfindən irəli sürülən və İsrail hərbi kabineti tərəfindən təsdiq edilən sövdələşmənin şərtlərinə öz cavabını verib.

Sonradan sazişin detalları üzə çıxıb. Güman ediıir ki, birinci mərhələdə Qəzzada mümkün atəşkəs rejimi çərçivəsində həmasçılar İsrailə hücum zamanı ələ keçirdikləri qadın, uşaq, yaşlı insanlar və zərərçəkən girovları azad edəcək.

HƏMAS həmçinin İsrailin qadın hərbi qulluqçularını da azad edəcək. Bunun müqabilində İsrail yəhudi dövlətinin həbsxanalarında cəza çəkən 700-1000 nəfər məhbusu azad etməlidir. 

Bu zaman məhbuslar arasında 100 nəfər ömürlük azadlıqdan məhrum edilənlər də var.

Birinci mərhələ başa çatdıqdan sonra HƏMAS Qəzza bölgəsində daimi atəşkəs rejiminin tətbiq edilməsi və İsrail hərbçilərinin Fələstin anklavından çıxarılması müddətlərini razılaşdırmalıdır.

Bundan sonra əsirlikdə olan bütün girovların azad edilməsi mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =