Misir Qəzza ilə bağlı nizamlanma təşəbbüsünü Fələstinə təqdim etməyib

Misir Qəzza ilə bağlı nizamlanma təşəbbüsünü Fələstinə təqdim etməyib

Misir Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı təkliflərini Fələstinə hələ təqdim etməyib.

Bu barədə “Ash-Sharq” nəşri məlumat yayıb.

Fələstinli rəsmi nəşrə deyib ki, Qahirə hələ öz təşəbbüsünü rəsmi Ramallaha təqdim etməyib.

O əlavə edib ki, Fələstin rəhbərliyi Qəzza zolağında müharibəyə son qoymağa yönəlmiş istənilən ərəb ölkələrinin və beynəlxalq təklifləri alqışlayır.

Daha əvvəl məlumat verilmişdi ki, Misir Qəzzada saxlanılan çoxlu sayda girovun azad edilməsi müqabilində Qəzzada atəşkəsin nəzərdə tutulduğu nizamlanma variantı təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 5 =