Misir “Rəfah” NBM-in bağlanmasına görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb
![Misir “Rəfah” NBM-in bağlanmasına görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb](https://sizinyol.org/wp-content/uploads/2024/05/447c6b00-bdb8-3322-bb97-eb2985c0d8e5_850-1.jpg)
Misir hökuməti Fələstinin Qəzza sektoru ilə sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsinin (NBM) bağlanmasına və anklav sakinlərinə humanitar yardımın çatdırılmasında yaranmış problemlərə görə bütün məsuliyyəti İsrailin daşıdığını bildirib.
Bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
“İsrail Qəzza ilə sərhəddəki “Rəfah” quru NBM-inin bağlanmasına görə tam məsuliyyət daşıyır. İsrail tərəfi həmçinin bölgədə humanitar vəziyyətin kəskin pisləşməsinə görə də məsuliyyət daşıyır”, – Misir hökumətindəki yüksək vəzifəli mənbə telekanala açıqlamasında söyləyib.