Misir rəsmisi: Tel Əvivə reaksiyamızı məhdudlaşdırmayacağıq

Misir rəsmisi: Tel Əvivə reaksiyamızı məhdudlaşdırmayacağıq

Misir İnformasiya heyətinin sədri sionist rejimin əməliyyatları qarşılığında Qahirənin bütün imkanlarından istifadə edəcəyi və reaksiyaları məhdudiyyətləşdirilməyəcəyini vurğulayııb.

Əl Aləm telekanalının məlumatına əsasən, Ziya Rizvan deyib: Misir ərazisi təhlükəyə düşərsə,  yaxud Fələstin konflikti bizə mənfi təsir edərsə,  biz təkcə səfiri ixrac etməklə kifayətlənməyəcəyik.

Ziya Rizvan ölkəsinin Fələstin müqabilində mövqeyini açıqlayaraq qeyd edib: Misir bu məsələdə heç vaxt kompromisə girməyəcək və İsrailə torpağımıza hücum icazəsi verməyəcək. Çünki bizim də təhlükəsizliyimizi qorumaq üçün öz metodlarımız var və təkcə sionist səfiri ixrac etməklə məhdudlaşmır.

Rizvan əlavə edib: Ordu, silah, pul və texnika ilə Qəzzə müqaviməti qarşısında davam gətirməyən İsrail Yaxın Şərqin ən böyük ölkələrindən olan Misirlə necə davranacağı çox maraqlıdır.

Ziya Rizvan İsrailin qarşıya qoyduğu 3 məqsədindən birinə “müqaviməti tamamilə məhv etmək, girovların azadlığı və Qəzzəni sionistlər üçün təhlükəsizləşdirmək” belə çatmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − three =