Misir və İordaniya regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayır
Misir və İordaniya dövlət başçıları telefon danışığında regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.
İRNA-nın verdiyi xəbərə görə, İordaniya kralı İkinci Abdullah və Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (6 avqust) telefon danışığında regionda gərginliyin azaldılması və sülhün bərqərarı üçün maksimum səy göstərilməsinin vacibliyini vurğulayıblar.
Məlumata görə iki dövlət başçısı Qəzzada daimi atəşkəs, humanitar fəlakətin dayandırılmasının vacibliyi vurğulayaraq müstəqil Fələstin dövlətinin yaradılmasına zəmanət verən iki dövlətli həll əsasında hərtərəfli sülhə nail olmaq üçün siyasi üfüqün yaradılmasının vacibliyini də vurğulayıblar.