Misir və Qətər üç il siyasi gərginlikdən sonra qarşılıqlı uçuşları bərpa ediblər
Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndən sonra Misir də Qətərlə qarşılıqlı hava reyslərin bərpasına icazə verib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, üç ildən sonra ilk dəfə olaraq ötən gecə Qətər paytaxtı Dohadan Qahirəyə təyyarə uçub.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurasının 41-ci zirvə toplantısında dörd ərəb dövləti Qətərə tətbiq etdikləri blokada və sanskiyaları dayandırdıqlarını, bu ölkə ilə əlaqələri normallaşdıracaqlarını bildiriblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətərlə əlaqələri “terroru dəstəklədiyinə” görə dayandırıb və bu ölkəni iqtisadi blokadaya salıblar. Həmin zaman Türkiyə Qətərə dəstək üçün Dohaya mindən çox hərbi qüvvə ezam etmişdi.