Misir və Sudan ərazi mübahisələrinin siyasi yolla həllinə razılaşdılar Mənbə: https://eastnews.org/news/50813

Misir və Sudan ərazi mübahisələrinin siyasi yolla həllinə razılaşdılar Mənbə: https://eastnews.org/news/50813

Eastnews.org-un verdiyi xəbərə görə, Misir və Sudan Həlaib və Şəlatin sərhəd rayonlarında olan ərazi mübahisələrini siyasi yolla həll etməyə dair razılığa gəliblər.

Bu barədə Misir mətbuatı məlumat verib.

Ötən gün “Asharq Al-Awsat” qəzetinin verdiyi xəbərə əsasən, Misir Baş Qərargah rəisi Məhəmməd Fəridin rəhbərlik etdiyi yüksək rütbəli hərbi nümayəndə heyətinin Xartuma səfərindən sonra “iki dövlətin başçıları, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Sudan İdarə Şurasının rəhbəri Abdel Fattah al-Burhan dekabr ayında görüşdə mübahisəli “Həlaib Üçbucağı” məsələsini müzakirə edəcək. Portalının verdiyi məlumata görə, bununla bağlı siyasi qərar veriləcək.

İki ölkənin Baş Qərargah rəisləri “ortaq sərhədləri terrorizm və qitələrarası cinayətlərdən qorumaq, sərhəddəki ortaq qüvvələrin varlığını iki qat artırmağın zəruriliyini” elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =