Misir Yaxın Şərqdə xaosun qarşısını almağa çağırıb
İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda limanına hücumu regionda gərginliyi əhəmiyyətli dərəcədə artırır.
Bu barədə Misir Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir.
Qeyd olunub ki, Yaxın Şərqin xaosa doğru irəliləmə ehtimalının qarşısı alınmalıdır.
Bəyanatda deyilib ki, Misir Xarici İşlər Nazirliyi vəziyyəti böyük narahatlıqla izləyir, bütün tərəflərin təmkinli davranmalı olduğuna inanır və regionun xaosa sürüklənməsi ehtimalının qarşısını almağa çağırıb.