Misirdə 2400 illik ibadətgahlar tapıldı
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, tapılan ibadətgahlar eramızdan əvvəl 300-395-ci illərə aid edilir.
Məhz həmin dövrdə Misir Roma imperiyasının tərkibində olub.
Misirin Turizm Nazirliyi bildirib ki, ibadətgahlar Roma dövründə tanrı olaraq qəbul edilən Zevs məbədlərinin qalıqlarıdır.
Tapılan ibadətgah qalıqlarının 8 metrlik iki sütundan ibarət olduğu vurğulanır.
Publika.az