Misirdə “İxvan əl-Muslimin” üzvlərinə edam hökmü çıxarılıb
Misirin Ağır Cinayətlər Məhkəməsi ölkədə təqib edilən “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarıb.
Əl-Məyadin xəbər verir ki, Misirin Buheyra şəhərində Ağır Cinayətlər Məhkəməsi “İxvan əl-Muslimin” hərəkatı üzvlərilə bağlı yeni məhkəmə iclası keçirib.
Məlumatda bildirilir ki, edam hökmü məhkumların bir qisminin olmadığından onlara qarşı qiyabi şəkildə oxunub.
Qeyd edək ki, Misirdə hazırda edama məhkum edilmiş yüzdən çox hərəkat üzvü var. 2012-ci ildə seçkilər yolu ilə hakimiyyətə gəlmiş Məhəmməd Mursi 2013-cü ildə hərbçilər tərəfindən devrildikdən sonra hərəkat üzvlərinin təqibi də geniş vesət alıb.
Faktxeber