Misirdə məhkumlarla polis arasında insident zamanı 7 nəfər ölüb

Misirdə məhkumlarla polis arasında insident zamanı 7 nəfər ölüb

Misirin paytaxtındakı Tora həbsxanasında polislə məhkumlar arasında baş vermiş insident zamanı 7 nəfərin öldüyü bildirilir.   Rəsmi mənbələrdən “Əl Əhram” qəzetinə məlumat veriblər ki, ölənlərin 3-ü qanun keşikçisidir.   Qəzetin xəbərində qeyd olunub ki, insident edam cəzasına məhkum edilmiş məhbusların həbsxanadan qaçmağa cəhd göstərdiyi vaxt baş verib.   Polis əməkdaşlarını bıçaqla qətlə yetirən məhkumlara avtomat silahlardan atəş açılıb. Onlardan 4 nəfəri öldürülüb, bir neçəsi yaralanıb.   Qahirə prokurorluğu faktla bağlı təhqiqata başlayıb. Qaçmağa çalışan məhkumları soyuq silahla təmin edən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =