Misirdə qatar relsdən çıxdı: ölənlər var

Misirdə qatar relsdən çıxdı: ölənlər var

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl departament bir ölü və 16 yaralı olduğunu açıqlamışdı. Qəza paytaxt Qahirənin şimalındakı Qalub şəhərində martın 7-də axşam saatlarında baş verib.

Yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə 20-yə yaxın təcili tibbi yardım maşını gəlib.

Misir Nəqliyyat Naziri, qəzanın səbəblərini, dəymiş ziyanı və hadisəyə görə məsuliyyət daşıyanları müəyyən etmək üçün bir komissiya yaradılması əmrini verib,

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 11 =