MKİ direktoru Qəzza danışıqları üçün Qətərə gedib

MKİ direktoru Qəzza danışıqları üçün Qətərə gedib

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns İsrail və radikal “HƏMAS” qrupu arasındakı danışıqlarla bağlı məsələləri müzakirə etmək üçün Dohaya səfərə yollanıb.

Bu barədə mənbələrə istinadən “The Jerusalem Post” məlumat yayıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Berns çərşənbə günü Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşdə Qəzza zolağında atəşkəs və “HƏMAS”ın əlində olan israilli girovların azad edilməsi üzrə danışıqlarda əldə olunan nailiyyətləri müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + fifteen =