MN: `Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır`

MN: `Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır`

Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, – Müdafiə Nazirliyindən bildirilib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − seven =